Dünya

İsrail Qəzza sektoruna qaz və yanacaq tədarükünü dayandırdı

17 İyul 2018 16:14
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hakimiyyəti iyulun 17-dən 22-dək Qəzza sektoruna qaz və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend İsrailin "Yedioth Ahronoth" qəzetinə istinadən məlumat verir.

Belə bir addım HƏMAS-ın davamlı olaraq terror aktı törətmək cəhdləri ilə əlaqələndirilir.

Bu cəhdlərlə əlaqədar olaraq İsrailin müdafiə naziri Aviqdor Liberman "Kərəm-Şalom" nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verib. Dərman vasitələri və ərzaq məhsulları isə tədarük fərdi əsasda təsdiq olunduqdan sonra Qəzza sektoruna buraxılacaq.

Bundan başqa, İsrail Dövləti Qəzza sektoru üçün Aralıq dənizi sularında balıqçılq zonasını 6-dan 3 dəniz milinə qədər azaltmaq barədə qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.