Dünya

Ermənistan ordusunda korrupsiya şəbəkəsi - Tutulanlar var - VİDEO

17 İyul 2018 14:33
0 Şərh     Baxış: 2 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:33

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bir sira vətəndaşların, o cümlədən dövlət məmurlarının, həkimlərin və hərbi komissarlıqların cəlb olunduğu böyük korrupsiya sxeminin üstünü açıblar.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həkimlər və hərbi komissarlığın işçiləri aldıqları böyük məbləğdə rüşvət müqabilində saxta tibbi sənədlər düzəltmək yolu ilə orduda xidmətə çağırılan 40-dan çox Ermənistan vətəndaşını məcburi hərbi xidmətdən azad ediblər. Bu korrupsiya sxemində baş rolu isə həkim Aramais Sanosyan oynayıb. 

İlkin sübutlara əsasən, orduda xidmətdən yayınmağa hərbçilərin özləri də "kömək" ediblər. Kolya Kosakyan adlı ehtiyatda olan hərbi qulluqçu tibbi dairələrdəki əlaqələrindən istifadə edərək bir qrup vətəndaşla sövdələşməyə girib. O, 14 min ABŞ dolları müqabilində hərbi xidmətə çağırılanların mülki xəstəxanalara göndərişini təşkil edib. Həmin xəstəxanalarda isə hərbi xidmətə çağırılanlara saxta diaqnoz qoyulub ki, nəticədə onların orduda xidməti təxirə salınıb, yaxud hərbi xidmətdən ümumiyyətlə azad olunublar. 

Bu cür irimiqyaslı və böyük korrupsiya şəbəkəsində keçmiş və hazırkı hərbi komissarlıqların əməkdaşları da iştirak ediblər. Əldə edilən sübutlar əsasında Kole Kosakyan, Qarik Arakelyan və Aramais Sanosyana qarşı cinayət işi açılıb. 

Ermənistan MTX ifşa olunan korrupsiya sxeminin bütün iştirakçılarını, şəbəkə ilə əlaqəsi olan vəzifəli şəxslərin aşkarlanması üçün ciddi istintaqa başlayıb. 

----------
12:41

Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət məmurlarının, bir qrup vətəndaşın, həkimlərin, o cümlədən hərbi komissarlığın əməkdaşlarının iştirak etdiyi korrupsiya sxemini aşkarlayıb. 

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, şübhəli şəxslər 2018-ci ilin yayında 40 vətəndaş üçün rəsmi sənəd hazırlayıb. 

Qeyd edilib ki, bu məsələdə əsas rolu həkim Aramais Salosyan oynayıb. 

Bu sxemin təşkilində Müdafiə Nazirliyinin mərkəzi toplanış məntəqəsinin keçmiş əməkdaşı da şübhəli bilinir. O, möhlət alması üçün sənədlərin hazırlanması məqsədilə çağırışçıların hər birindən 14 min dollar rüşvət tələb edib. 

Hazırkı hərbi komissarlıqla yanaşı, idarənin keçmiş əməkdaşları və həkimlər Kolya Kosakyanın rəhbərlik etdiyi qrupla birgə işləyirmiş və iştirakçıların hər biri bu sxemdən öz payını alırmış. 

MTX axtarışlar aparıb, dindirilmələr həyata keçirib, bu faktı sübuta yetirən tibbi və digər sənədləri aşkarlayıb. 

Kosakyan Qeqarkunik rayonunun hərbi komissarı Qarik Arakelyan ilə 11 min dollar qarşılığında bir nəfəri hərbi mükəlləfiyyətdən azad etməklə bağlı razılığa gəlib. Ancaq o, işini başa çatdıra bilməyib. 

Bundan başqa, üç vətəndaşa qarşı da ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.