Dünya

Sevgilisini evinə gətirib, arvadının yanında cinsi əlaqəyə girdi - Səslərini eşitməmək üçün ... - FOTO

17 İyul 2018 11:43
10 Şərh     Baxış: 23 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə əri tərəfindən aldadılan qadın maddi imkansızlıq səbəbindən evi tərk edə bilməyincə uzun müddət üçlük şəklində eyni evdə birgə yaşamaq məcburiyyətində qalıblar.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Worcester-də yaşayan Andryu Arthur və arvadı Tracey Arthur 15 il boyunca birlikdə idilər. Ailənin xoşbəxtliyi zaman keçdikcə gərgin günlərlə əvəzlənir. 

54 yaşlı Tracey ərinin onu aldatdığından şübhələnməyə başlayıb. Yanvar ayında Andryu boynunda ləkə ilə evə gəlib. Tracey bunun xəyanətdən sonra olduğunu desə də, əri inkar edərək dostları ilə dalaşdığın bildirib.

Tracey bu olaydan bir həftə keçməmiş ərinin iPad-ında başqa qadınla mesajlarına rast gəlib. 

Tracey ərinin ona qarşı laqeyidliyinin  səbəbini bilsə də aylarca bu vəziyyətdə yaşamaq məcburiyyətində qalıb. Andryu başqa bir qadınla birlikdə idi. Hətta həmin qadını evə gətirərək üçlükdə yaşamağa başlayıblar.

Andryu isə bu mövzuda "Yüzdə 90-ı doğru deyil. 5 il öncə onun da münasibəti vardı, məni öyrənincə bitirdiyini iddia etdi. Bəli, sevgilim evimə köçüb, amma biz artıq Tracey ilə ər-arvad kimi deyilik" deyib.

Tracey isə "Hələ də bunu mənə etdiyinə inana bilmirəm, mən öyrənənə qədər bir yastığa baş qoyduq. Mənə cəhənnəmi yaşatdı. Kim həyat yoldaşı yaşadığı evə sevgilisin gətirər?" deyib.

Cütlüyün yaşadıqları ev Andryunun ailəsinə aiddir. O, bundan istifadə edərək arvadının evdən çıxmağını istəyib. Tracey ərinin istəyini rədd edib.

Bir neçə həftə sonra Andryunun sevgilisi evə köçüb. Tracey yan otaqda yaşamaq məcburiyyətində qalıb. Evdən çıxmaq üçün ədliyyə sistemində işə düzəlib.

Üçlüyün bir evdə yaşamağı aylarla davam edib.

Otağından, sadəcə, işə getmək üçün çıxan Tracey mağazadan yemək alıb otağında yeyirmiş.

Ən pisi isə əri sevgilisi ilə yan otaqda, onların evlilik yatağında cinsi əlaqəyə girirdilər. Tracey "Səslərini eşitməmək üçün televizorda mahnı qoşub səsini yüksəldirdim. Depressiyada idim. Mənə yeganə yaxşı təsir edən musiqi oldu" deyib.

Aylarla davam edən bu əzabdan sonra aprel ayında Tracey Arthur yeni evə köçərək, boşanmaq barədə məhkəmə iddia qaldırıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.