Dünya

Leysan Pekin aeroportunu iflic etdi - 650 reys ləğv edildi

17 İyul 2018 10:47
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin paytaxtı Pekinin "Şoydu" beynəlxalq hava limanında təxminən 650 reys ləğv edilib, 129-u isə yubanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınmasına və yubanmasına səbəb Çinin paytaxtında bir neçə gün davam edən leysan yağışları olub.

Yerli vaxtla saat 12:30 üçün 364 reysin uçuşu ləğv edilib, 113 reys isə yubanır. Eyni zamanda, 279 reysin hava limanına gəlişi ləğv edilib, 16-sı isə yubanır.

Pekinin meteoroloji bürosu bəzi rayonlarda "göy" və "sarı" təhlükə səviyyəsini elan edib. Şəhər ərazisində hava şəraiti ilə əlaqədar olaraq, bu gün 133 turist obyekti fəaliyyət göstərməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.