Dünya

Barak Obama qohumlarının yanına getdi, nənəsi ilə rəqs etdi - VİDEO - FOTO

17 İyul 2018 14:14
0 Şərh     Baxış: 3 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq, 44-cü prezidenti Barak Hüseyn Obama Havay adalarında doğulsa da, əslən Keniyadandır. O, vətəninə yollanaraq əmisi qızı ilə görüşüb, nənəsinə baş çəkib.

Milli.Az ABC-yə istinadən bildirir ki, 56 yaşlı Barak Obama atasının doğulduğu Koqelo kəndində əmisi qızı Auma Obamanın təşəbbüsü ilə yaradılan Gənclər Mərkəzinin (Sauti Kuu Youth Center) təntənəli açılışında iştirak edib.

Daha sonra o, 96 yaşlı nənəsi Saraya baş çəkib və onunla rəqs də edib. Sara Obama ABŞ-ın sabiq prezidentinin babası Hüseyn Onyanqo Obamanın üçüncü arvadıdır.

Barak Obamanın xanımı Mişel ilə qızları Saşa və Maliya Parisdədir.

Keniyada ölkə prezidenti ilə görüşəndən sonra Barak Obama Cənubi Afrika Respublikasına yollanıb. Burada o, CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi ilə bağlı tədbirə qatılacaq, nitq söyləyəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Barak Obama qohumlarının yanına getdi, nənəsi ilə rəqs etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.