Dünya

Putin: "Mən də kəşfiyatçı olmuşam və dosyelərin necə hazırlandığını bilirəm"

16 İyul 2018 20:52
0 Şərh     Baxış: 4 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənim seçki kampaniyam dövründə heç bir sövdələşmə olmayıb. Mən, heç Rusiya prezidentini tanımamışam".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp bu gün rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ona ünvanlanan "ABŞ kəşfiyyatı iddia edir ki, Rusiya seçkilərə müdaxilə edib, Rusiya isə deyir ki, etməyib. Siz kimə inanırsız?" sualına cavabında Tramp hər iki tərəfə inandığını söyləyib.

Həmin suala Putin isə belə cavab verib: "Mən də kəşfiyyatda işləmişəm və dosyelərin necə hazırlandığını bilirəm. Bu məsələ ilə bağlı son qərarı operativ xidmət orqanları deyil, məhkəmələr verir".  

"Sizə kim deyib ki, Tramp mənə güvənir və ya mən Trampa güvənirəm. Heç kəs heç kəsə güvənmir. Heç güvənmək də lazım deyil. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir. Seçki kampaniyası dövründə hansısa sövdələşmənin olması haqqında məlumat yalandır. Bəli, Trampın seçki kompaniyası dövründə Rusiya ictimaiyyətində ona böyük simpatiya olub. İstəyirdim ki, Tramp seçkilərdə qələbə qazansın".

Putin Rusiyanın əlində Trampla bağlı kompromatların olması haqqında da suala cavab verib: "Tramp Moskvaya gələndə, mən heç onun Moskvada olduğunu bilməmişəm. Trampa böyük hörmətim var. O, biznesmen kimi gəlib. Peterburq İqtisadi Forumunda yüzlərlə amerikalı biznesmen iştirak edir. Biz onların hər biri haqqında dosye toplayırıq, kompromat hazırlayırıq?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.