Dünya

Bank rəhbəri sevgilisini öldürdü - Hissələrə ayırdığı cəsədi görün nə etdi - FOTO

16 İyul 2018 12:33
11 Şərh     Baxış: 25 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada bank sahibi olan gənc mübahisə etdiyi sevgilisini öldürdükdən sonra amansız əməlindən əl çəkməyib. 

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər beynəlxalq insan alveri şəbəkəsi tərəfindən qaçırılan qadın internet vasitəsi ilə Sergey ilə tanış olub. Sergey gənc qızı mobil telefonunu oğurlamaqda təqsirləndirərkən aralarında mübahisə düşüb. 

28 yaşlı Sergey Kovalçul sevgilisi Vera Nurbaevanı boğaraq öldürdükdən sonra çörək bıçağı ilə daxili orqanlarını çıxarıb tualetə atıb. Sergey 23 yaşlı sevgilisinin kəsilmiş başını, əl və ayaqlarını dörd ədəd zibil paketinin içinə qoyaraq Moskovanın kənarında yerləşən bir zibilxanaya atıb.

Gənc qızın daxili orqanları və bədən hissələrinin tapılmamasına baxmayaraq Sergey cinayətini etiraf edib, peşman olduğunu söyləyib. 

The Bank of Moscow-da (Moskova Bankası) müdir olan Sergey 9 il azadlıqdan məhrum edilib.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.