Dünya

İraqın cənubunda 7 gündür etiraz aksiyaları davam edir

15 İyul 2018 16:26
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın cənub əyalətlərinin minlərlə sakini bazar günü iş yerləri açmaq, elektrik enerjisi və su çatışmazlığı ilə bağlı problemlərin həll edilməsi tələbi ilə şəhər küçələrinə çıxıblar.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, tez-tez polis ilə toqquşmalara gətirib çıxaran hökumət əleyhinə nümayişlər artıq 7 gündür ki, davam edir.

Bazar günü nümayişçilər növbəti dəfə Bəsrə rəhbərliyinin binasına hücum ediblər. Cavab olaraq təhlükəsizlik qüvvələri havaya xəbərdarlıq atəşi açıblar və gözyaşardıcı qaz tətbiq ediblər.

Nəticədə 4 nəfər xəsarət alıb. Analoji vəziyyət Di-Kar və Kərbəla əyalətlərində də baş verib.

Baş nazir Heydər əl-Abadinin sərəncamına əsasən, güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Bəsrə, Kərbəla, Ən-Nəcəf və Maysan əyalətlərində komendant saatı tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.