Dünya

Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibini təsdiq edib

15 İyul 2018 08:19
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibini təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazir Mamuka Bahtadzenin yenilənmiş hökümətinin leyhinə 101 deputat, əleyhinə isə 12 deputat səs verib.

Parlamentin spikeri İrakliy Kobahidze bildirib ki, Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibinə etimad göstərib.

Qeyd edək ki, Mamuka Bahtadze iyunun 20-si Gürcüstanın baş naziri olub. Vəzifəyə başladıqdan sonra M.Bahtadze bildirib ki, nazirliklərin sayını 14-dən 11-ə salacaq və bunun üçün qanunvericilik dəyişiklikləri lazımdır. Gürcüstan parlamenti iyulun 5-də nazirliklərin yenidən təşkili və sayının azaldılması ilə əlaqədar qanunvericiliyə düzəlişləri qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.