Dünya

Ananın çəkdiyi siqaret 2 aylıq uşağın beşiyini yandırıb

14 İyul 2018 18:35
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Tambov şəhərində ananın çəkdiyi siqaret 2 aylıq uşağın beşiyini yandırıb.

Milli.Az Trend.az-a istinadən məlumatına görə, körpə bədəninin 12 faiz yanığı ilə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, 19 yaşlı ana söndürülməmiş siqaretlə beşiyə yaxınlaşıb. Nəticədə siqaretin külü beşiyə düşüb və yanğın başlayıb.

Uşağın vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Hadisə ilə bağlı araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.