Dünya

Yaponiyada təyyarə qəzası: 73 yaşlı pilot huşsuz xəstəxanaya çatdırıldı

14 İyul 2018 12:45
0 Şərh     Baxış: 423

Yaponiyanın Mito şəhərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində sükan arxasında olan şəxs huşsuz vəziyyətə düşüb.

Təyyarə səhralıq ərazidə qəzaya uğrayıb. Huşsuz vəziyyətdə aşkar edilən 73 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Təyyarənin hansı marşrut üzrə hərəkət etməsi və qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.