Dünya

Cinsi əlaqəyə girərkən yanlarında şahid olmalıdır - Adnan Oktarın QANUNU ŞOKA SALDI - FOTO

13 İyul 2018 16:24
18 Şərh     Baxış: 23 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adnan Oktar hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanıldıqdan sonra illər öncə analoji hadisə zaman polisə verdiyi ifadələri açıqlanıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 1999-cu ildə Adnan Oktar və şəbəkəsinə qarşı təşkil edilən əməliyyatdan sonra qrupunun necə və hansı üsullardan istifadə etdiyi böyük marağa səbəb olub.

İllər əvvəl saxlanılan və şəbəkənin iç üzünü polisə ifadəsində etiraf edən Adnan Oktar iyrənc əməllərini bütün detalları ilə açıqlayıb.

Şahidsiz cinsi əlaqədə olmurlar

Adnan Oktar tərəfindən seçilən "bacılar" (Fərqləndirdiyi qadınlar) camaat içində istədikləri müridlə yata bilərlər. Qarşı tərəfin də seçmə haqları var. 

İntim əlaqə zamanı çəkdikləri video kamera görüntüləriylə şantajdan 1997-ci ildə vəkillərinin xəbərdarlığı ilə əl çəkdiklərini bildirən Adnan ifadəsində bu açıqlamaları verib:

"Vəkilimiz bunun cəzasının çox ağır olduğunu söylədi. Bütün köhnə kasetləri yox etdik. Sonra seks görüntüləri və jurnallardan götürdüyümüz kadrlar vasitəsi ilə "sıxmaq" istədiyimiz şəxslərin üzünü fotoşop edərək şantaja başladıq. İşimiz bitdikdən sonra əlimizdəki görüntüləri yox edirdik.

İmamlar və tərəfimdən fərqləndirilən oğlanlar camaat içindən bir qadınla cinsi əlaqədə olacaqları zaman yanlarında mütləq şahid olardı. İntim əlaqəni izləyən şahid onların yataqda nə etdiyinə nəzarət edirdi".

Şahidsiz sekslə məşğul ola bilən tək şəxs Adnan Oktar olub.

Adnan Oktarla birlikdə olduğunu etiraf edənlər əsasən "Çox vəhşi idi" ifadəsindən istifadə ediblər.

Məhəmməd Vaqif

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.