Dünya

"Mübarizəmiz yalnız FETÖ-yə qarşı deyil"

13 İyul 2018 15:49
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"FETÖ terror təşkilatının müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, 2016-cı ilin 15 iyulunda Türkiyə ən ağır gününü yaşadı: "O zaman FETÖ üzvləri dövlət çevrilişinə cəhd etdilər, lakin Türkiyə xalqından layiq olduqları cavabı aldılar. Bu hadisələrdə 250 şəhid verdik".

E.Özoral bildirib ki, FETÖ üzvləri dövləti ələ keçirməyə cəhd etdi: "Dövlət çevrilişi hadisəsi ilə bağlı hazırda 101 cinayət işi üzrə istintaq davam edir. Bu cinayət işləri çərçivəsində 180 min nəfər dövlət işindən çıxarılıb".

Diplomat əlavə edib ki, FETÖ terror təşkilatına Türkiyədə ağır zərbə vurulub. Bu təşkilat artıq Türkiyədə fəaliyyət göstərə bilməz: "Azərbaycanda da FETÖ-nün beli çox erkən qırıldı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm".

Səfir inamla bildirib ki, terror təşkilatının rəhbəri olan Fətullah Gülən Türkiyəyə gətirilərək layiq olduğu cəzanı alacaq: "Bu mübarizə sonadək davam edəcək. Bizim mübarizəmiz yalnız FETÖ-yə qarşı deyil. Türkiyə PKK-ya da qarşı mübarizə aparır. Ümumiyyətlə, Türkiyə terror bitənə qədər ona qarşı mübarizə aparacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.