Dünya

Pakistanda mitinq meydanında PARTLAYIŞ: 4 nəfər öldü, 31 yaralı var

13 İyul 2018 12:51
0 Şərh     Baxış: 573

Pakistanda seçkiqabağı mitinq keçirilən ərazidə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində baş verib.

Partlayış "Müttəhid Məclis-e-Amal" Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq, iştirak edir.

Hadisə yerinə 40-dan çox poliz əməkdaşı cəlb edilib.

Ahram Xan Durrani bildirib ki, bu ona qarşı 5 hücumdur: "Polis mənə hücum təhlükəsi barədə məlumat vermişdi. Bu hücum nəticəsində avtomobilim məhv olub". 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.