Dünya

Tramp Consonun əla baş nazir ola biləcəyinə inanır

13 İyul 2018 08:22
0 Şərh     Baxış: 694

ABŞ prezidenti Donald Tramp Britaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Boris Consonun Birləşmiş Krallığın əla baş naziri ola biləcəyinə inanır. Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Tramp ötən gün nəşr olunan "The Sun" qəzetinə verdiyi müsahibədə söyləyib.

"Mənim Borisə böyük hörmətim var. Əminəm ki, onunda məndən xoşu gəlir, ona görə ki, O, mənim haqqımda gözəl şeylər deyir", - bu haqda Böyük Britaniyada işgüzar səfərdə olan Tramp bildirib.

Consonun yaxşı hökmət rəhbəri ola biləcəyi haqqında suala, Tramp söylədi: "Mən onları üz üzə qoymaq istəməzdim (baş nazir Tereza Meyi nəzərdə tutur). Mən sadəcə deyirəm ki, Boris çox yaxşı baş nazir ola bilər".

Xatırladaq ki, Boris Conson, iyulun 9-da Breksit məsələsində baş nazir Tereza Meylə olan fikir ayrılığı səbəbindən Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən istefa verib. Conson bu məsələyə dair hazırkı hökumət strategiyasının Brüsselə hədsiz dərəcədə güzəştlərin təmin etdiyini fikirləşirdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.