Dünya

“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar

12 İyul 2018 21:34
0 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə gətiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Türkiyəyə gətirilənlər Gülən hərəkatının Azərbaycan üzrə "xəzinədar"ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə "imamı"dır.

Məlumatlara əsasən, Azərbaycanda saxlanılan İsa Özdəmir və Ukraynada tutulan Salih Zəki İgit iyulun 12-də İstanbula gətiriliblər. Onların hər ikisinə qarşı terror təşkilatına üzv olmaqda ittiham irəli sürülüb.

Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bir müddət FETÖ strukturlarının Azərbaycan üzrə "məsulu" olub.

Salih Zəki İgit isə FETÖ adından Mersin əyalətindəki iş adamlarından vergi toplayıb. Toplanan vəsait ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə göndərilib.

2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin iflasa uğramasından sonra İgit Ukraynaya qaçıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.