Dünya

Çoban amerikalı ailəni öldürdüyünü inkar etdi

12 İyul 2018 20:45
2 Şərh     Baxış: 1 663

Gürcüstanın şimalındakı dağlarda Smit ailəsini öldürməkdə şübhəli bilinən çoban Malxaz Kobauri ittihamları qəbul etməyib. 

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, 19 yaşlı çoban ailənin iki nəfər tərəfindən öldürüldüyünü bildirib. 

"Mən onları öldürməmişəm, iki nəfər vardı, onlar ailəni öldürdü və məni təhdid etdilər ki, mənim qardaş və bacılarımı öldürəcəklər", - Kobauri məhkəmədə deyib. 

İşi aparan prokuror David Kazaraşvili jurnalistlərə bildirib ki, cinayətlə bağlı yeganə şübhəli 19 yaşlı Kobauridir. 

Kobaurinin anasi Mariam Martiaşvili hesab edir ki, onun oğlunu şantaj edirlər. 

Qeyd edək ki, ABŞ vətəndaşı Rayn Smit Gürcüstanda "ReWoven" layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub. 

Rayn və Laura Smit, eləcə də cütlüyün 4 yaşlı oğlan övladı iyulun 6-da torpaq sürüşməsindən sonra yoxa çıxıb. Axtarışlar zamanı iyulun 7-də onların cəsədləri aşkarlanıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Təranə · 12 İyul 21:2140

    İnsan insanı nece öldürə bilər, körpə uşağa necə qıymaq olar, qadını necə öldürmək olar, niyə insanlar insanlığını itiriblər, dəhşət və vəhşət haradan ürəklərə yol açdı ohhhhhhhhhhhhhhhhhh

    Cavab yaz
  • Anonim
    sayqa · 13 İyul 05:2510

    ay bunlara qıyıb öldürən, heç nə demirəm, əlləriniz qurusun yanınınıza düşsün, bir daha o əllərlə heç nə edə bilməyəsiniz, günahsız insanın qisasını Allah Tala özü alacaq, kim bu işi planlaşdırıb ürəyinizi Allahın qurşunları dəlik deşik eləsin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.