Dünya

Ermənistanın keçmiş müdafiə naziri Yerevandakı villasını sökdürür

12 İyul 2018 20:20
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhəlləsindəki malikanəsini sökdürür.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Jamanak" qəzeti yazıb.

Məlumata görə, 3 mərtəbəli villanın uçurdulmasına səbəb S.Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir: "Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq. Axı, nazir maaşı ilə belə böyük malikanə tikmək mümükün deyil?

Ancaq bu məntiq əsas tutulsa, o halda Ermənistanda son 25 ildə tikilən binaların azından 90 faizi sökülməlidir. Çünki ölkədə maaşla belə mülk sahibi olmaq mümkün deyil".

Qeyd edək ki, Seyran Ohanjyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.