Gürcüstan gələcəkdə NATO-nun üzvü olacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, bu məsələ NATO-nun davam edən sammitində razılaşdırılıb:
"Biz Gürcüstanın Avroatlantika yönümlü səylərini tam dəstəkləyirik. Gürcüstan NATO-nun üzvü olacaq, liderlərimiz bunu dünən təsdiq edib. Biz üzvlüyün hazırlanması üçün Gürcüstanla işləməyə davam edəcəyik".
Milli.Az