Dünya

Türkiyədə fövqəladə vəziyyət ləğv olunur - İyulun 17-də

12 İyul 2018 18:18
0 Şərh     Baxış: 367

Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi iyulun 17-də ləğv olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rejim ləğv olunduqdan sonra terrorçuluqla mübarizə barədə yeni qanun qəbul olunacaq.

Ölkə parlamentinin yeni qanun layihəsini yaxın günlərdə müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə fövqəladə vəziyyət rejiminin iyulun 19-da ləğv ediləcəyi bildirilirdi.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdindən sonra elan olunmuşdu.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.