Dünya

Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır

12 İyul 2018 09:18
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Tereza Mey bu barədə Brüsseldə NATO ölkələri liderlərinin işgüzar nahar zamanı bildirib.

T.Mey qeyd edib ki, Rusiya-Britaniya münasibətlərində gərginliyin artmasına baxmayaraq Britaniyanın uzunmüddətli perspektivdə məqsədi Rusiya ilə konstruktiv münasibətlərin qurulmasıdır: "Buna görə mən prezident Tramp və prezident Putin arasında gözlənilərn görüşü alqışlayıram: ABŞ və Rusiya arasında kommunikasiya kanallarının yaradılması əsas məqamdır".

Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında görüş iyulun 16-sı Helsinkidə baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.