Dünya

Meksikanın dövlət başçısı təyyarəsini satmaq niyyətindədir

12 İyul 2018 09:14
2 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksika prezidenti Andres Manuel Lopes Obrador dekabr ayının 1-də vəzifəsinə başlamasından sonra ABŞ-la 8 hərbi helikopterin alınması barədə müqaviləni ləğv edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkə prezidenti bildirib ki, 25 milyard peso (1,2 milyard dollar) dəyərində müqavilə ölkənin belə xərclər etməsi imkanı olmadığından ləğv ediləcək.

Bundan əlavə, dövlət başçısı qeyd edib ki, onun komandası prezident təyyarəsini satmaq üçün "Boeing" korporasiyasına çıxış axtarır. Söhbət 2016-cı ildə ölkə başçısı üçün 219 milyon dollara alınan "Boeing 787-8 Dreamliner" təyyarəsindən gedir.

Qeyd edək ki, daha əvvəl Meksikanın yeni prezidenti bildirimişdi ki, o yalnız adi reys təyyarələri ilə uçmaq niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.