Dünya

Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər

12 İyul 2018 08:58
1 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişləndirilməsi ilə ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ əldə edib.

Milli.Az "Report"a istinadən bildirir ki, müvafiq qanun "Qazaxıstan həqiqətləri" rəsmi qəzetində dərc olunub və qüvvəyə minib.

"Tarixi missiyanın rəhbəri kimi Təhlükəsizlik Şurasına rəhbərlik hüququ Qazaxıstan Respublikasının birinci prezidentinə - Elbaşına (millətin lideri - Nazarbayevə) ömürlük məxsusdur", - deyə qanunda qeyd edilib.

Sənəd əvvəlcə iyulun 5-də parlament tərəfindən qəbul edilib və prezident tərəfindən imzalanıb. Konstitusiya Şurası müvafiq Konstitusiya qanununu qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.