Dünya

Bu da Adnan Oktarın dodaq uçuqladan sərvəti - Lüks avtomobillər, padşahları qısqandıracaq saray ... - FOTO

11 İyul 2018 17:04
13 Şərh     Baxış: 28 374

Bu səhər İstanbulun 5 rayonunda təşkil edilən əməliyyat zamanı 235 tərəfdaşı ilə saxlanılan Adnan Oktarın əmlakı müsadirə olunub.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Adnan Oktarın İstanbuldakı ev və iş yerlərində axtarışlar davam edir. Axtarış zamanı bəzi sənədlər ələ keçib. Bununla da polis Oktarın dəyəri milyardlarla ölçülən Osmanlı padşahlarını qısqandıracaq həyatını gün üzünə çıxarıb.

Bu da "ilahiyyatçı"nın lüks həyatı:

Şantaj dəstəsinə rəhbərlik etməkdə təqsirləndirilən Adnan "Cartier" firmasına məxsus saat taxır. "Lacoste", "Beymen" və "Vakko"dan geyinir, köynəkləri "Armani" və "Ferre" firmasından seçir, "Cherookee" və "Mercedes" avtomobillərə minir. Adnan İstanbulun şimalındakı Kandillidə 180 dərəcə Boğaz mənzərəli 30 hektar meşəlik ərazidə tikilmiş bir sarayda yaşayırdı. Evinə getmək üçün 750 metrlik özəl bir yoldan keçilir. Yol boyunca uzanan ağacların və dirəklərin üzərində 50-yə yaxın təhlükəsizlik kamerası var. Yolda 250 metr arayla, 4 ayrı dəmir qapı mövcuddur. Bu özəl yol bitdikdən sonra 100 metrlik parket döşənmiş bir başqa yol başlayır. Yolun sonunda Adnanın evi var. Qapısı poladdan. Osmanlı tərzindəki qapının üzərində ərəbcə yazılar var. Ev antik tipdədir. İçəridə çoxlu heykəllər var. Divan-kreslo, tol-stullar qızıl örtüklərdən ibarətdir, yer mərmər. 

Yaz aylarını istanbulun Silivri rayonundakı malikanəsində partilər keçirirdi. Qızıldan işlənmiş mebelləri sevir. Adnan işsizdir. Bəs bu dəyirmanın suyu haradan gəlir?

Adnanın Silivridəki Pembeköşk adlı malikanəsi 40 hektarlıq bir ərazini əhatə edir. 

Girişi əl ilə işlənilmiş bir taxta qapıdan olan həyətin sağında və solunda 2-si Doberman olmaqla 4 it var. Adnan Oktarın bu şüşədən olan villası iki mərtəbəlidir. Villanın arxasında biri böyük olmaqla 2 süni göl, atların qaçdığı bir sahə, üzmə hovuzu, heykəllər, fəvvarələr, müxtəlif ölçüdə çardaqlar, padşah taxtlarını xatırladan əl işi ilə hazırlanmış kreslolar var.

Qarajda iki ədəd "Grand Cherokee Jeep", bir "Mercedes", "Kartal" və "Siena" markalı avtomobillər var.

Məhəmməd Vaqif

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    H.H · 11 İyul 17:2547

    Mence hebs olunmayacaq bu adam.Cunki arxasi cox gucludu.

    Cavab yaz
    • Anonim
      0101 · 12 İyul 13:1900

      Bizimkilər şükür imiş ki)))) buna baxanda

      Cavab yaz
  • Anonim
    atonim · 11 İyul 17:3590

    Getsin indi icheride Mashallah Inshallah desin )

    Cavab yaz
  • Anonim
    Sultan611 · 11 İyul 18:2038

    kiwi yawiyirda ozu ucun))

    Cavab yaz
  • Anonim
    .... · 11 İyul 18:3450

    Yeqin bu arvadlara da pul buraxib oz zovqune uygun ozu ucun yigdirib.Hamisi bir birine oxwayir.o deqiqe hiss olunur. ilde en azi 2 defe polnu yigilirlar.

    Cavab yaz
    • Anonim
      ... · 11 İyul 19:2830

      He agilabatandir

      Cavab yaz
    • Anonim
      *55*44 · 12 İyul 00:5940

      sukur allaha tutudu isallah buraxilmaz

      Cavab yaz
  • Anonim
    ***** · 11 İyul 18:35100

    "kişi" ? ağzını yaxala

    Cavab yaz
  • Anonim
    fıra · 11 İyul 21:4310

    Kımdıkı bu men tanımadım

    Cavab yaz
  • Anonim
    Anonimm · 12 İyul 11:0512

    din-nin esl uzudu

    Cavab yaz
  • Anonim
    Oxucu · 12 İyul 12:2300

    Padişahlar yaşayır ki qısqansınlar da? Bu türklər xoşlayırlar bəzəyib-düzəyib xəbər yazmağa. Absurd ifadələr yazlırlar, bizimkilər də götürüb təkrarlayırlar

    Cavab yaz
  • Anonim
    hm · 12 İyul 12:5900

    Adnan satıcıdır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.