Dünya

"Almaniya Rusiyanın girovudur" - Tramp

11 İyul 2018 13:52
0 Şərh     Baxış: 731

ABŞ prezidenti Donald Tramp "Şimal axını - 2" qaz kəmərinin tikintisinə razılıq verən NATO ölkələrini tənqid edib.

Milli.Az xəbər verir ki, bu barədə report TASS-a istinadən xəbər verir.

Brüsseldə NATO baş katibi ilə işgüzar səhər yeməyindən əvvəl jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti xüsusilə Almaniyanı kəskin tənqid edərək onu Rusiyanın girovu adlandırıb.

"Almaniya Rusiyanın tam nəzarəti altındadır. Yeni boru kəmərinin inşasından sonra təbii qazın 70% -i Rusiyadan daxil olacaq "- prezident bildirib.

O əlavə edib ki, "Şimal axın - 2" layihəsinin həyata keçirilməsi ABŞ üçün qəbuledilməzdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.