Dünya

Gürcüstanda meşə yanğını - 150 yanğınsöndürən cəlb olundu

11 İyul 2018 11:17
0 Şərh     Baxış: 548

Gürcüstanın Svaneti bölgəsində, Lentexi rayonunun Zesxo kəndində meşə örtüyündə yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğının aradan qaldırılmasına 150 yanğınsöndürən cəlb olunub. Bir neçə yanğın ocaqlarının söndürülməsinə artıq nail olunub.

Yanğın nəticəsində 2,5 hektar sahənin yandığı bildirilir. Yanğının söndürülməsinə helikopterin cəlb olunacağı istisna olunmur.

Yanğının lokallaşdırılması davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.