Dünya

II Qaregin "vurulacaq" – Paşinyan erməni kilsəsinə qarşı

20 Sentyabr 2018 22:27
0 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün ermənilərin katolikosu və Paşinyan arasında qarşıdurma sona yaxınlaşır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Qəzetin verdiyi məlumata əsasən, Ermənistanın hazırki hakimiyyəti ilə katolikos II Qaregin arasında sonda razılaşma əldə edilib.

Razılaşmaya görə, katolikos II Qaregin öz şəxsi istəyi ilə dini vəzifəsini təhvil verməli və bəhanə kimi səhhətində problemləri göstərməlidir. Bundan sonra isə katolikos vəzifəsinə Paşinyanın tərəfdarı olan dini rahib təyin ediləcək.

Qəzet xəbər verir ki, son günlər bütün ermənilərin katolikosunun sağlamlığından şikayət etməsi və fəaliyyətsizliyi razılaşma barədə şübhələri daha da artırır.

II Qareginin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan məsələni belə şərh edib: "27 illik müstəqilliyimiz və 3-cü respublika dövründə heç bir istisnasız bütün hakimiyyətdə olan qüvvələr erməni kilsəsinə və onun katolikosuna xüsusi hörmət və ehtiram göstərməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.