Dünya

Vladivostok hava limanı Kim Çen Inın gəlməsi ilə bağlı məlumatı təkzib edib

10 İyul 2018 09:23
0 Şərh     Baxış: 1 334

Vladivostok hava limanı, KXDR lideri Kim Çen Inın şəxsi təyyarəsi hesab edilən Chammae-1 təyyarəsinin bazar ertəsi aeroport ərazisində 3 saat ərzində qaldığına dair məlumatları təkzib edib.

Milli.Az Trend-ə istiadən xəbər verir ki, aeroportun rəsmi nümayəndəsi "Vladivostok hava limanında belə bir təyyarənın olmadığı üçün məlumatlar səhvdir" söyləyib. 

"Dünən Şimali Koreya təyyarələrindən hava limanında yalnız Air Koryo'ya məxsus sərnişin təyyarəsi eniş etmişdir, bu da həftədə bir dəfə Pxenyandan uçuş edən təyyarədir", - rəsmi nümayəndə əlavə edib.

Daha əvvəl qərb aviasiya mənbələrinin məlumatlarına istinadən verilən xəbərə əsasən, KXDR lideri Kim Çen Inın şəxsi təyyarəsi hesab edilən Chammae-1 təyyarəsi iyulun 9-da Vladivostok hava limanı ərazisində göründüyü iddia edilirdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.