Dünya

Hollandiyada təyyarə reysi partlayış xəbəri səbəbindən təxirə salınıb

10 İyul 2018 08:08
0 Şərh     Baxış: 343

Hollandiya hərbi polisi, Eyndxovendən Edinburqa yola düşən Ryanair firmasının təyyarə reysini terror təhdidi səbəbiylə təxirə salıb. Omroep Brabant telekanalının bildirdiyinə görə, təyyarədə bombanın olması xəbəri yalan idi.

Milli.Az Trend-ə istinadən bildirir ki, televiziya kanalının verdiyi xəbərə görə, bütün sərnişinlər təyyarədən çıxarılıb, polis işçiləri axtarış tədbirlərini həyata keçirir. Təyyarədə olan sərnişinlərin dəqiq sayı haqda heç bir məlumat verilmir.

Təyyarənin eniş zolağında olduğu üçün, növbəti iki uçuş - London (Böyük Britaniya) və Udcu (Mərakeş) reysləri də təxirə salınıb.

Hava limanı təyyarələri qəbul etməyə davam edir, lakin terminal binasının əks tərəfində yerləşən hava bazasının yanında dayanır və oradan sərnişinlər avtobus vasitələriylə aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.