Dünya

Gəlinin yaşını öyrənəndən sonra bəyin burnunu sındırdı - FOTO

9 İyul 2018 20:00
4 Şərh     Baxış: 3 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Malatya şəhərində toy çəkilişinə gedən fotoqraf Onur Albayrak gəlini görəndə bəylə davaya çıxıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, gəlinin azyaşlı olmasından şübhələnən fotoqraf onun yaşını soruşub. "15" cavabını alan Onur bəylə mübahisəyə başlayaraq "Mən uşaq gəlin şəkli çəkmirəm" deyib.

Albayrakın razılığı pozduğunu deyən bəy ondan çəkilişə başlamasını tələb edib. Mübahisə davaya çevrildiyindən Onur bəyin burnunu sındırıb. Fotoqraf məsələ ilə bağlı bunları deyib:

"Təəssüf ki, vəziyyət belədir. Kaş bu hadisə yaşanmazdı, amma oldu. Heç kim inciməsin, azyaşlı gəlin mənim gözümdə uşaqların istismar olunması deməkdir. Heç bir qüvvə mənə o uşağın gəlinliklə şəklini çəkdirə bilməzdi. Uşaqların başına fata yox, çələng taxılmalıdır". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.