Dünya

Azərbaycan xalçalığını təbliğ edən amerikalı ailənin cəsədləri tapıldı - FOTO

7 İyul 2018 23:59
9 Şərh     Baxış: 13 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Duşeti bölgəsində ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin meyitləri tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Duşetiyə ailəvi istirahətə yollanmış cütlük qəfil sürüşmə və daşqın səbəbindən həyatlarını itiriblər.

R.Smit və ailəsinin itkin düşməsi barədə məlumat iyulun 6-da "112" xidmətinə daxil olub.

Xilasetmə işləri zamanı R.Smtin həyat yoldaşının meyiti ötən gün, onun özünün meyiti isə bu gün Xevi kəndində şəlalə yaxınlığında tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Cütlüyün 4 yaşlı oğlunun meyitinin axtarışları sabah səhər davam etdiriləcək.

Qeyd edək ki, R.Smit Gürcüstanda "ReWoven" layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub. İkili vətəndaşlığı olan R.Smit son illər Marneulidə yaşayıb. O, Azərbaycanın Qusar bölgəsində və Bakıda da fəaliyyət göstərib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.