Dünya

Lukaşenko: "Belarus müstəqilliyini itirə bilər"

24 İyun 2018 11:46
2 Şərh     Baxış: 2 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.

A. Lukaşenko deyib ki, əgər xalq ölkənin qarşısına qoyulan iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər: "Əgər bu illər ərzində uğur qazana bilməsək, uğursuzluğa düçar olsaq, hansısa dövlətin tərkibinə daxil olmaq lazım gələcək, ya da sadəcə, bizi diz çökdürəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.