Dünya

Nikaraquada etirazlar zamanı daha 5 nəfər öldürülüb

24 İyun 2018 09:25
0 Şərh     Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikaraquanın paytaxtı Manaquada etiraz aksiyaları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, polislərin və silahlı dəstələrin etirazçılara hücumu nəticəsində daha 5 nəfər həlak olub.

Hadisələr Nikaraquanın milli muxtar universiteti yaxınlığında baş verib. Həlak olanlar arasında körpə uşaqda olub. İnsident nəticəsində 15 nəfər xəsarət alıb.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib. Etiraz aksiyaları zamanı son 5 ölüm halı nəzərə alınmadan 212 nəfər həlak olub.

BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.