Dünya

Azərbaycanın hərbi helikopterləri erməniləri təşvişə saldı – FOTO

23 İyun 2018 23:49
6 Şərh     Baxış: 5 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Azərbaycan ordusunun Amerika istehsalı olan yeni Bell-412 hərbi helikopterlərindən təşvişə düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  təşviş dolu məktubla ölkə parlamentinin vitse-spikeri Arpin Hovanisyan ABŞ konqresinin Ermənistan-Amerika Dostluq Qrupunun üzvü Tulsi Harbarda müraciət edib.

O, Azərbaycanda hərbi parad zamanı sözügedən helikopterlərin nümayiş etdiriləcəyi barədə xəbərlərdən narahat olduğunu dilə gətirib:

"Bu məlumatlar bir çox problem və narahatlıqlar yaratmaqdadır. Narahatlığım xüsusilə Azərbaycanın bu helikopterləri haradan aldığı, bunların Azərbaycanın öhdəsinə necə verildiyinə dairdir".

Hovanisyan qrup rəhbərlərinin bu durumu izləmələrini və məsələ ilə bağlı məlumat vermələrini xahiş edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.