Dünya

BMT Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasına səs verdi

23 İyun 2018 09:15
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qətnamə layihəsinin lehinə 64, əleyhinə 15 ölkə səs verib, 83 ölkə bitərəf qalıb.

Qətnamənin Moldova tərəfindən Gürcüstan, Kanada, Latviya, Litva, Rumıniya, Ukrayna və Estoniya ilə birgə irəli sürüldüyü bildirilir.

Qətnamə sülhməramlı qüvvələrin tərkibində olan Rusiya qoşunlarının Dnestryanıdan dərhal və tam şəkildə çıxarılmasına çağırır.

Həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə xarici hərbi qüvvələrin Moldova ərazisindən tam çıxarılması məsələsinin daxil edilməsi qərara alınıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.