Dünya

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"

22 İyun 2018 17:13
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Xarici İşlər və Avropa İttifaqı İşləri üzrə nazirlikləri seçkilərdən sonra birləşdiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı deyib ki, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Meşə Təsərrüfatı və Su Ehtiyatları Nazirliyi də birləşdiriləcək.

R.T.Ərdoğan qeyd edib ki, seçkilərdən sonra ölkədə ümumilikdə 16 nazirlik fəaliyyət göstərəcək.

O əlavə edib ki, bundan başqa, bir sıra nazirliklərin adının dəyişdirilməsi gözlənilir.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.