Dünya

Silahlı hücum zamanı həyatını itirən müğənninin ölümündəki ŞOK DETAL - VİDEO - FOTO

22 İyun 2018 18:10
2 Şərh     Baxış: 4 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Muğla bölgəsinin Bodrum qəsəbəsində yerləşən bir əyləncə məkanında yaşanan silahlı atışmada 2 nəfərin ölməsi, 4 nəfərin yaralandığı barədə məlumat vermişdik.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, məkan sahibinə qarşı planlaşdırılan qanlı olay zamanı gənc müğənni Hacer Tülü dünyasını dəyişib. Müğənninin ölümü ilə bağlı şok detal ortaya çıxıb. 

Tülünün silahlı hücum öncəsi məkandan ayrıldığı, ancaq ofisiantın "hesabda bir yanlışlıq oldu" deməsiylə geri döndüyü zaman vurulduğu məlum olub.

4 şübhəlinin atəş açdığı hücum zamanı müğənni Hacer Tülü ilə yanaşı məkan sahibi Mehmet Ali Sürensoy da dünyasın dəyişib.

Cinayətkarlar artıq saxlanılaraq, istintaqa cəlb ediliblər.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Silahlı hücum zamanı həyatını itirən müğənninin ölümü ilə bağlı ŞOK DETAL

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.