Dünya

Quterreş Suriyada ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü deyir

22 İyun 2018 10:37
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva və Vaşinqtonun Suriya məsələsi üzrə maraqları üst-üstə düşür, ciddi fikir ayrılığı yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.

O, əmin olduğunu bildirib ki, strateji baxımdan Birləşmiş Ştatlar və Rusiya arasında Suriya və Yaxın Şərqlə bağlı ümumilikdə əsaslı fikir ayrılığı yoxdur:

"Rusiya Suriyanın vahid olacağına ümid edir. RF-nin həmişə bu ölkə ilə yaxşı münasibətləri olub. ABŞ isə Suriyada sabitliyin təminatında maraqlıdır".

Baş katib ABŞ və Rusiyanın maraqlarının daha da yaxınlaşması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.