Dünya

Benyamin Netanyahunun həyat yoldaşına qarşı ittiham irəli sürüldü

21 İyun 2018 17:50
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Baş Prokurorluğu ölkənin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı ittiham irəli sürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, baş nazirin iqamətgahının işlərini idarə edərkən sui-istifadə hallarına yol verməkdə, dövlət vəsaitini əsassız olaraq xərcləməkdə təqsirləndirilir. 

Məlumata görə, S.Netanyahu ictimaiyyətin etibarından sui-istifadədə və qanunsuz yolla qazanc əldə etməkdə təqsirli bilinir.

İttiham aktında qeyd edilib ki, iqamətgahda həmişə aşbazlar işlədiyi halda, S.Netanyahu Qüdsün bahalı restoranlarından yeməklər sifariş verib. O, bu məqsədlə dövlət büdcəsindən 350 min şekkel (təxminən, 97 min dollar) xərcləyib.

Baş nazirin həyat yolaşı başqa qanun pozuntularına görə ittiham olunsa da, onların heç birini Baş Prokurorluq elan etməyib.

Eyni zamanda İsrailin hökuməti başçısının Aparat direktorunun keçmiş müavini Ezre Saydofa qarşı da ittiham irəli sürülüb. O,dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.