Dünya

Rusiyada mumiya tapıldı

21 İyun 2018 15:11
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnoyarsk vilayətində Sayano-Şuşenski SES-in su basmış zonalarında arxeoloqlar bizim eradan əvvəl I əsrə aid mumiya aşkar ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Maddi Mədəniyyət Tarixi İnstitutu xəbər yayıb.

Məlumata görə, artıq tapılan qutu çıxarılıb və təmizlənib.

Arxeoloqların Terezin məzarlığından tapılan mumiya ilə nikbin fikirdə olduqları bildirilib. Belə ki, dəri və paltar detallarının yaxşı qaldığı düşünülür.

Qeyd edək ki, 2009-ci ildə Sayano-Şuşenski SES-də baş vermiş qəzadan sonra su ətraf əraziləri basmış, qəza nəticəsində 75 nəfər həlak olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.