Dünya

Avropa Şurasının Ukraynadakı ofisinin rəhbərinin 3 400 dollarını oğurladılar

20 İyun 2018 19:59
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naməlum şəxslər isveçli diplomat, Avropa Şurasının Ukraynadakı ofisinin rəhbəri Morten Enberqin 3 400 dollarını oğurlayıb. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Kiyevdə restoranların birində qeydə alınıb. 

Cibgirlər "Paul" adlı fransız restoranına gəlmiş Morten Enberqin çantasından 3 400 dollar oğurlayıblar. 

Cinayətkarların tapılması məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət kameralarında olan görüntüləri araşdırır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.