Dünya

Gürcüstanın yeni baş naziri seçildi - YENİLƏNİB

20 İyun 2018 17:42
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:42

Gürcüstan parlamenti Mamuka Baxtadzenin başçılıq edəcəyi hökumətə etimad göstərib.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib.

Belə ki, Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və dayanıqlı inkişaf, David Zalkaliani isə xarici işlər naziri olub.

---------
14:48

Gürcüstan parlamentinin növbədənkənar iclası başlayıb. Toplantıda hökumətin tərkibinin və proqramının müzakirəsi keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, deputatlar hökumətin yeni tərkibinə və "Azadlıq, sürətli inkişaf, firavanlıq" adlı proqarmına səs verəcəklər. 

İyunun 19-da Gürcüstan parlamentində hökumət üzvlüyünə namizədlərə dinlənmə keçirilib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd, keçmiş maliyyə naziri Mamuka Baxtadze müxalif deputatlarla görüşdə ölkə iqtisadiyyatının dirçəldilməsindən və iş yerlərinin açılmasından danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.