Dünya

Erməni əsgərlərin yeməyi heyvanlara verilib - VİDEO - FOTO

20 İyun 2018 12:43
0 Şərh     Baxış: 2 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Könüllülər İttifaqının sabiq sədri, keçmiş deputat, general-leytenant Manvel Qriqoryanın evində axtarış aparılarkən çoxsaylı odlu silah və sursat, bahalı avtomobillər, hətta şəxsi zoopark aşkarlanıb.

Generalın malikanəsindəki zooparkda heyvanlara Dağlıq Qarabağdakı erməni əsgərlərə göndərilmək üçün yığılıb hazırlanmış ərzaq yedizdirilirdi.

Milli.Az bildirir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkə parlamentinin artıq sabiq deputatının Armavir rayonunda, kurort zonasında yerləşən malikanəsində apardıqları axtarışın videosu yayılıb.

Malikanədə RPQ-7 qumbaratanı üçün 18 tank əleyhinə qumbara, 20 F-1 əl qumbarası, müxtəlif çaplı 33 mindən artıq patron, hər biri 400 qram ağırlığında 12 trotil şaşkası, 79 tüfəng və avtomat, 39 tapança aşkarlanıb.

Malikanənin anbarında isə Ermənistandakı ictimai və qeyri-hökumət təşkilatlarının, habelə məktəblilərin və tələbələrin Dağlıq Qarabağda, habelə Azərbaycanın işğalda olan digər ərazilərindəki erməni hərbi hissələrinə göndərmək üçün yığdıqları paltarlar, dərmanlar, dərman preparatları və ərzaqlar vardı.

Orada habelə tomat pastası, günəbaxan yağı, makaronlar və s. də yığılmışdı.

M.Qriqoryanın zooparkında pələng, ayılar vardı. Erməni əsgərlər üçün nəzərdə tutulmuş yeməklər bu heyvanlara verilirdi.

M.Qriqoryan 1990-cı illərdə Qarabağ savaşında xüsusi amansızlığı və vəhşiliyi ilə ad çıxarmışdı. 2000-2008-ci illərdə o, Ermənistan müdafiə nazirinin müavini olub.

Sabiq deputatın malikanəsindəki zooparkda saxlanan 5 ayı, bir pələng, müxtəlif cinsdən olan 5 it, 8 keçi, 2 tovuzquşu və digər heyvanlarla quşlar İrəvan zooparkına aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Erməni əsgərlərin yeməyi heyvanlara verilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.