Dünya

Ermənistan hökumətində idarəçilik böhranı: vəzifəyə cinayətkarlar gətirilir - VİDEO

19 İyun 2018 19:21
0 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənəkənar parlament seçkilərinin keçirilməsini sürətləndirmək üçün seçki qanunvericiliyinin qəbulundan sonra istefa verməyə hazırlaşır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Paşinyan bu ilin sentyabr ayına təyin edilən növbədənkənar parlament seçkiləri vasitəsilə hökumətin sabiq başçısı Serj Sarkisyana sadiq olan deputatları tam neytrallaşdırmaq istəyir. Bu hadisələrin nələrə səbəb olacağı, Paşinyanın onun hökumətini dəstəkləyəcək parlament qura bilib-bilməyəcəyi açıgı naməlum məsələlərdir.
Ermənistan cəmiyyətini isə daha çox hökumətdə və digər yüksək vəzifələrdə edilən son təyinatlar narahat edir.
Məsələn, Paşinyanın Smbat Qoqyanı Ermənistan Ali Attestasiya Komissiyasının rəhbəri vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə və mətbuatda fırtınaya səbəb olub. Onun kimliyi ermənilərdə narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri yeni təyin olunmuş məmuru homoseksual, faşist, manyak və özünü idarə edə bilməyən insan kimi xarakterizə ediblər.

Baş nazir müavininin müşaviri vəzifəsinə ölkənin Odessadakı keçmiş konsulu, Ermənistanda və ondan kənarda daha çox "Jorik" kimi tanınan cinayətkar Georgi Muradyanın təyin olunması isə Ermənistanda peşəkar qıtlığının və ya baş nazirin peşəkarı səriştəsiz şəxsdən ayıra bilməmisinin bariz nümunəsidir. Çünki Muradyan dəfələrlə narkotik alverinə görə həbs edilib.

Həmçinin, Ermənistanın yeni mədəniyyət naziri Lilit Makunts, hökumət aparatının rəhbəri vəzifəsinə təyin olunan DJ Ed Vard kimi də tanınan 30 yaşlı Eduard Ağacanyan və digər hökumət üzvləri barədə də rüsvayçı faktlar ortaya qoyulub. Ermənistan cəmiyyətində bu şəxslərin idarəçiliklə heç bir əlaqəsi olmadığı və heç bir işə yaramadığı kimi düşüncələr formalaşıb.

Nikol Paşinyan isə özünə haqq qazandırmaqda davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ermənistan hökumətində idarəçilik böhranı

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.