Dünya

İlanla selfie çəkmək istəyən meşəbəyi ölümdən döndü - VİDEO

19 İyun 2018 09:59
3 Şərh     Baxış: 3 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda meşəbəyinin selfie çəkmək arzusu az qala həyatı ilə başa gələcəkdi.

Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, Qərbi Benqaliya ştatının Calpayquri kəndində sakinlər meşəbəyini köməyə çağırıblar. Hadisə yerinə gələn meşəbəyi görüb ki, 5.5 metr uzunluğu, 40 kq çəkisi olan piton olanı kəndlilərdən birinin keçisini diri-diri udub. Belə vəziyyətdə o, ilanı çuvala qoyaraq insanlar olmayan yerdə təbiətə buraxmalı idi. Amma meşəbəyi ilanla selfie çəkdirmək fikrinə düşür.

İlanı boğazına dolayıb şəkil çəkmək istəsə də, piton ilan hərəkət edərək onu boğmağa başlayır. İlanla mübarizə aparsa da, ona gücü çatmayan meşəbəyi insanları köməyə çağırır. Bir neçə nəfərin köməyi ilə piton ilanı onun boynundan açmaq mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.