Dünya

KXDR-də nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyekt var

18 İyun 2018 13:27
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KXDR nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyektə malikdir.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə Cənubi Koreyanın "Munhwa Ilbo" qəzeti ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən məlumat yayıb.

"Şimali Koreyada ilk gizli nüvə çalışmalarını 1982-ci ildə ABŞ kəşfiyyatı qeydə alıb. O vaxtdan keçən 36 ildə KXDR-in nüvə obyektlərinin siyahısı daim artıb", - deyə qəzet yazıb.

Nəşrin mənbələri bu obyektlərin yoxlanmasının beynəlxalq ictimaiyyət üçün "ciddi çağırış" olacağını qeyd edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.