Dünya

Türkiyədə ağır yol qəzası baş verib: 3 ölü, 39 yaralı

18 İyun 2018 08:04
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Karaman şəhərində sərnişin avtobusu aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtobusun aşması nəticəsində azı 3 nəfər həlak olub, 39 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetmənin itirməsi olub.

Hadisə yerinə gələn şəhərin meri Fəxri Meral bildirib ki, avtobus Qaziantepdən İzmirə gedirmiş. O, əlavə edib ki, qəza ilə bağlı araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.