Dünya

ABŞ Suriya ordusunu bombalayıb: 48 hərbçi ölüb - YENİLƏNİB

18 İyun 2018 11:42
3 Şərh     Baxış: 2 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:42

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Əbu-Kamal bölgəsinə endirdiyi aviazərbələr nəticəsində 48 Suriya hərbçisi həlak olub.

Oxu.az xəbər verir ki, bu haqda AFP agentliyi öz "Twitter" hesabında məlumat yayıb.

----------
08:07

Pentaqon ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya zərbə endirdirməsi barədə xəbəri təkzib edib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə bu barədə Pentaqonun nümayəndəsi Edrian Rankayn-Qallouey bildirib.

Pentaqonun nümayəndəsi deyib: "Bu ABŞ-ın və ya koalisiyanın zərbəsi deyil".

Qeyd edək ki, daha əvvəl Suriyanın "Sana" dövlət informasiya agentliyi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Əbu-Kemal şəhərində Suriya ordusunun mövqeyinə hava zərbələri endirdiyi barədə məlumat yaymışdı.

----------

07:57

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Bu-Kemal şəhərində Suriya ordusunun mövqeyinə hava zərbələri endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyanın "Sana" dövlət informasiya agentliyinə hərbi mənbə bildirib.

Mənbənin sözlərinə görə, hava zərbələri nəticəsində ölənlər və yaralananlar var. Onların sayı açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.