Dünya

"Taliban" Əfqanıstan hakimiyyətinin atəşkəs rejimini uzatmaq təklifini qəbul etməyib

17 İyun 2018 19:11
0 Şərh     Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Taliban" Hərəkatı Əfqanıstan hakimiyyətinin atəşkəs rejimini uzatmaq barədə təklifini qəbul etmədiyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "France-Presse" agentliyi "Taliban" Hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mocahedə istinadən məlumat yayıb.

"Taliban" nümayəndəsi bildirib ki, atəşkəs rejimi bu axşam başa çatır, atəşkəs rejimini uzatmaq arzuları yoxdur.

Qeyd edək ki, iyunun 7-də Əfqanıstan prezidenti Əşrəf Qani Ramazan bayramı münasibəti ilə iyunun 12-dən iyunun 19-dək birtərəfli atəşkəs elan edib. Buna cavab olaraq "Taliban" iyunun 15-dən başlayaraq 3 günlük atəşkəs elan edib.

Dünən Əfqanıstan prezidenti "Taliban" Hərəkatı ilə atəşkəs rejiminin müddətinin uzadılacağını bəyan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.