Dünya

Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

17 İyun 2018 18:08
0 Şərh     Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 08.00-da 36,2 milyon seçicinin səs verməsi üçün 11 min seçki məntəqəsi açılıb.

Mayın 27-də keçirilən prezident seçkilərinin birinci turunda 31,14 faiz səs toplayan İvan Duke və 25,08 səs toplayan Qustavo Petro ikinci turda mübarizə aparır.  Hələ 10 gün əvvəl aparılan sosioloji sorğulara əsasən, Demokratik Mərkəz Partiyasının namizədi İ. Dukeni  seçicilərin 45,5 faizi, "İnsan Kolumbiyası" Koalisiyası və Hindu və Sosial Alternativ Hərəkatının namizədi Q. Petronu isə seçicilərin 40 faizi dəstəkləyir. Aralarındakı fərqin az olması səbəbindən hər iki namizədin şansı yüksək qiymətləndirilir.

Kolumbiya  prezidenti 4 il müddətinə seçilir. Bir şəxs ikinci dəfə prezident seçilə bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.